Bir sıra təhlükəli xroniki xəstəliklərin yaranması 50 yaşdan aktivləşir.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, terapevt Aleksey Xuxrev 50 yaş təhlükəsi barədə danışıb.

"Yaş bəzi xəstəliklərin açar faktorudur. Pasiyent nə qədər yaşlıdırsa, onun xəstələnmək riski daha da artır. Orqanizmin dayanıqlığı 90% hallarda 50 yaşdan zəifləyir.

Əgər insan oturaq həyat keçiribsə, çəkib içirsə, zərərli qidalanırsa, o orqanizmi daha tez tükədir.
Hüceyrə qocalması çox baş verir.

50 yaşdan sonra əsasən bu xəstəliklər çoxalır:

- Şəkərli diabet
- Arterial təzyiq
- Ürəyin işemik xəstəliyi
- Böyrəklərin disfunksiyası
- Xərçəng
- Genetik xəstəliklər
- Onurğanın degenerativ xəstəlikləri
- Hər bir şəxs 50 yaşa qədər zərərli vərdişlərdən imtina etməli, profilaktik olaraq yoxlanmalı və güvəndiyi bir terapevti olmalıdır ki, onu dinamikada müşahidə etsin.